"Bunu demək xoş deyil, təəssüf ki..." - Putin ilk dəfə etiraf etdi

Rusiya prezidenti Vladimir Putin 1990-cı illərdə SSRİ-nin çətin günlərində əlavə gəlir əldə etmək üçün taksi sürücüsü işləyib.

Metbuat.az xəbər verir ki, Putinin bu açıqlamaları “Rusiya-Müasir tarix" adlı sənədli filmdə yer alıb. Putin bildirib ki, o, bir müddət şəxsi sürücü kimi olub: “Bəzən əlavə gəlir əldə etmək lazım olurdu. Sürücülük edərək pul qazanırdım. Düzünü desəm, o dövrdən danışmaq, xoş deyil. Lakin vəziyyət belə idi”.

Həmin illərdə ölkənin ağır iqtisadi vəziyyətini təsvir edən teleaparıcı, bir çox ixtisaslı mütəxəssislərin çətinliklə çörək qazandığını qeyd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR