Emrelinin çıxış etdiyi "Legiya"nın baş məşqçisi istefa verib

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Polşa “Legiya”sında növbəti baş məşqçi istefa verib.

Metbuat.az xəbər verir ki, klub Marek Qolebevski ilə yollarını ayırıb.

Qeyd olunur ki, buna səbəb komandanın uğursuz nəticələri olub. Avropa Liqasında qrup sonuncusu olaraq qitə kubokları ilə vidalaşan komanda ölkə çempionatında da 18 iştirakçı arasında 18-cidir.

Qeyd edək ki bu istefa komandada mövsüm ərzində ikinci baş məşqçi istefasıdır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR