Putin Si Cinpinlə görüşəcək

Dekabr ayının 15-də Çin sədri Si Cinpin və Rusiya prezidenti Vladimir Putin arasında görüş olacaq.

Metbuat.az xəbər verir ki, görüş onlayn keçiriləcək. Çinin Xarici İşlər Nazirliyinin məlumatına görə, görüş zamanı iki ölkə arasındakı münasibətlər və qlobal problemlər müzakirə ediləcək. Görüşün detalları barədə ətraflı məlumat verilmir.

Putinin amerikalı həmkarı Co Baydenlə görüşdən sonra Çin sədri ilə görüşməsi diqqət çəkib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR