Filippində avtobusdakı sərnişinləri girov götürmüş hərbiçi təslim olub

Filippində avtobusdakı sərnişinləri girov götürmüş hərbiçi təslim olub
07:18 30 May 2015
41 Dünya
Ölkə mətbuatı
A- A+


Manila, 30 may, AZƏRTAC
Filippin ordusunun ölkənin cənubunda avtobus sərnişinlərini girov götürmüş hərbi qulluqçusu hökumət orqanlarına təslim olub.
Filippin milli polisinin nümayəndəsinin verdiyi məlumata görə, girovlardan heç biri zərər çəkməyib.
Şəhərlərarası avtobusu girov götürən kapral Rene Prahile ilə danışıqlar təqribən dörd saat davam edib. Nəticədə heç bir şərt irəli sürməyən hərbi qulluqçu polisə təslim olub.
Hazırda polis kapralın hərbi geyimdə və silah-sursatla bazanı necə tərk etdiyini aydınlaşdırır. Kapralın yanında M16 tüfəngi, 45 millimetr çaplı tapança və əl qumbarası olub.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Manila

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Filippinde_avtobusdaki_sernisinleri_girov_goturmus_herbichi_teslim_olub-859307

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR