Azərbaycan noyabrda "OPEC+" öhdəliyini 109% yerinə yetirib

Bu ilin noyabr ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 708,4 min barel olub.

Energetika Nazirliyindən Metbuat.az-a verilən məlumata görə, hesabat dövründə hasil edilən karbohidrogenlərin 588,9 min barelini xam neft, 119,5 min barelini isə kondensat təşkil edib.

Qeyd edək ki, "OPEC+" ölkələri nazirlərinin 21-ci iclasında qəbul edilmiş razılaşma çərçivəsində Azərbaycanda gündəlik xam neft hasilatının noyabrda daha 7 min barrel artırılaraq 647 min barelə çatdırılması, ixtisarla bağlı öhdəliyin isə 71 min barel həcmində olması nəzərdə tutulurdu.

Beləliklə, Azərbaycan "OPEC+" çərçivəsində noyabr ayında öhtəliyini demək olar ki 109% yerinə yetirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR