Bu gecə İsmayıllı sakinlərinin yuxusu ərşə çəkildi

Bu gecə İsmayıllı sakinlərinin yuxusu ərşə çəkildi
08:31 30 May 2015
53 Ölkə
Ölkə mətbuatı
A- A+

İsmayıllıda gecə saatlarında baş verən yanğın rayon sakinlərinini yuxusuna haram qatdı.

ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, İsmayıllı şəhərində vətəndaşa məxsus ümumi sahəsi 180 kv.m olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin 2 otaq yanıb.

Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub. Yanğınsöndürənlər ev sakinlərini təxliyyə edib.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 05:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

İlkin ehtimala görə, hadisə elektrik qısaqapanmasından baş verib.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=347792

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR