Dönərdən zəhərlənmə faktı ilə bağlı cinayət işi açılıb

Bir neçə şəxsin dönərdən zəhərlənməsi faktı ilə bağlı Cinyət Məcəlləsinin 200-cu (İstehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma) maddəsilə Nəsimi Rayon Polis İdarəsinin İstintaq şöbəsində cinayət işi başlanıb.

Bunu Metbuat.az-a açıqlamasında Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.

O bildirib ki, istintaq hərəkətləri davam etdirilir.

Qeyd edək ki, hadisə ötən gün “28 Mall” ticarət mərkəzinin yaxınlığında yerləşən "Dönər Market"də baş verib. Həmin ərazidə gün ərzində dönər alan 8 nəfər zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzinə müraciət edib. Zəhərlənənlərdən biri qadın, 7-si kişi olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR