Bu insanların saç telləri 20 min avroya yaxındır (FOTO)

Bu insanların saç telləri 20 min avroya yaxındır (FOTO)
07:46 30 May 2015
Ölkə mətbuatı
A- A+

İki böyük bəstəkara aid saç telləri Londonda hərraca çıxarılaraq satılacaq.

ANS PRESS-in məlumatına, saç tellərinin minimum qiymətlə 16 800 avroya satıla bilər.

Bəstəkarlardan biri Volfang Amadey Motsarta aid ağ saçlar Sotheby's hərrac evi tərəfindən 14 800 avro dəyərində qiymətləndirilib. Digəri isə Lyudviq Van Bethovenə aiddir və 2 800 avrodan başlayan qiymətlə satışa çıxarılacaq. Saç telləri ayrı-ayrı lot kimi satışa çıxarılacaq.

Qızıl suyuna salınmış medalyonun içində saxlanılan saçlar avstriyalı bəstəkarın yoldaşı tərəfindən saxlanılıb və alman bəstəkar Karl Anşutsaya ötürülüb. Daha sonra Motsartın saç telləri ingiltərəli bəstəkar Artur Semervellidə peyda olub. Məhz onun davamçıları saç tellərini hərrac evinə təqdim ediblər.

Lotlar gələn çərşənbəyə kimi Londonda nümayiş ediləcək. Hərrac isə bir gün sonra cümə axşamı baş tutacaq.




Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=5&nid=347793

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR