Ermənistanla Türkiyə arasında dialoq başlayır: Xüsusi nümayəndələr təyin ediləcək

“Ermənistan Türkiyə ilə dialoqa başlamaq üçün xüsusi nümayəndə təyin edəcək”.

Metbuat.az “TRThaber”ə istinadən xəbər verir ki, bu barədə Ermənistanın Xarici İşlər Nazirliyinin sözçüsü Vahan Unanyan Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlunun açıqlamalarına münasibət bildirərkən belə deyib. O bildirib:

Türkiyə ilə ilkin şərt olmadan əlaqələri normallaşdırmağa hazırıq. Bu mənada Türkiyə Xarici İşlər Nazirinin dialoqun qurulması üçün xüsusi nümayəndə ayıracaqlarına dair açıqlamasını müsbət qarşılayırıq. Ermənistan tərəfi də dialoqa başlamaq üçün xüsusi nümayəndə təyin edəcəyini təsdiq edir”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR