Rus ordusu Ukraynanı işğal edəndən sonra Avropaya yönələcək: Putinin hədəfi budur -

“Rusiyanın Ukraynaya hərbi müdaxiləsi qaçqın axınına səbəb olacaq”.

Metbuat.az xəbər verir ki, Ukraynanın Müdafiə Naziri Aleksiy Reznikov belə açıqlama verib. O bildirib ki, mümkün müharibə nəticəsində 5 milyon insan qaçqın olacaq. Nazirin sözlərinə görə, hazırda 100 min rus hərbçisi Ukrayna sərhədi boyunca yerləşib. Onun sözlərinə görə, işğal cəhdi hər iki tərəf üçün fəlakətə yol açacaq. Həmçinin bölgədəki nüvə stansiyaları da təhlükə altında olacaq.

Nazir bəyan edib ki, Ukrayna Putin üçün son hədəf deyil, müharibə olarsa Avropanı bürüyəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR