“Rusiya tərəfindən irəli sürülən təklif etibar edilən deyil” -

“Raketlər məsələsinə gəldikdə uzun illər ərzində ortamənzilli raketlərə dair qadağa qüvvədə idi. Bu, Avropada bu tip raketləri qadağan edən və 1987-ci ildə imzalanan İNF müqaviləsi idi. Artıq bu müqavilə mövcud deyil, çünki Rusiya uzun illər ərzində Avropa ərazisində nüvə başlığı daşımaq imkanına malik ortamənzilli raketlər yerləşdirib”.

Metbuat.az xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündən sonra keçirilən mətbuat konfransında deyib.

“Beləliklə, moratorium ilə bağlı Rusiya tərəfindən irəli sürülən təklif etibar edilən deyil. Ortada qadağa mövcud idi, onlar isə həmin qadağanı pozdular. Rusiya təsdiq oluna biləcək qaydada “SSC8” tipli raketlərini məhv etməyənə qədər, hansı ki, həmin tip raketlər İNF müqaviləsini pozmuş oldu, onların artıq yerləşdirdiyi raketlərə dair moratorium təklifinə etibar oluna bilməz.

NATO Rusiyanın hərəkətləri ilə bağlı qarşılıqlı addımlar atmaq niyyətində deyil. Bizim nüvə başlığı daşımaq imkanına malik raketləri Avropada yerləşdirmək fikrimiz yoxdur. Biz Rusiya ilə dialoqu qurmağa hazırıq və hesab edirik ki, silahlanma yarışının qarşısını almaq üçün silahlara nəzarətə ehtiyac var. Burada moratoriumdan söhbət gedə bilməz, çünki Rusiya sübut etməlidir ki, Avropada ortamənzilli raketləri qadağan edən müqaviləni qüvvədən salan silahlar məhv edilib”, - deyə Stoltenberq bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR