Hacıqabulda iki avtomobil toqquşub, xəsarət alanlar var

Hacıqabul rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Metbuat.az-ın məlumatına görə, hadisə Bakl-Qazax avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, iki avtomobilin toqquşması nəticəsində Sabirabad rayon sakinləri, 1962-ci il təvəllüdlü Abbasova Yeganə Üzeyir qızı və 1995-ci il təvəllüdlü Abbaszadə Toğrul Arzu oğlu müxtəlif bədən xəsarətləri alıb.

Yaralılar Hacıqabul Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR