Əliyev Paşinyan qarşısında BU ŞƏRTİ qoydu:

Dekabrın 14-də BrüsselAzərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan ilə birgə görüşü keçirilib.

Metbuat.az xəbər verir ki, görüşü şərh edən siyasi ekspert Asif Nərimanlı bildirdi ki, Prezident İlham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı şərləri sırasında Zəngəzur dəhlizi və Laçın dəhlizindən istifadə rejimi eyni olması da var.


"Zəngəzur dəhlizində də heç bir gömrük postları olmamalıdır. Əgər Ermənistan karqolara, insanlara nəzarət etmək istəsə, biz də Laçın dəhlizində gömrük postu açacağıq. Biz hər iki varianta açığıq. Ya hər iki tərəfdən olmalıdır, ya da olmamalıdır. Bakı dəhliz-dəhliz siyasətindən strateji məqsəd üçün istifadə edir və hər iki halda qazanclı çıxır. Zəngəzur dəhlizində Ermənistanın gömrük postunun qurulması Azərbaycana Laçın dəhlizində eyni addım atmasına imkan yarada bilər:

Asif Nərimanlı onu da qeyd etdi ki, 10 noyabr razılaşmasında Laçın dəhlizində, o cümlədən, Naxçıvana açılacaq yolun təhlükəsizliyinin rus hərbçiləri tərəfindən qorunacağı qeyd olunur. Əgər rus hərbçilərinin olduğu Zəngəzur dəhlizində erməni postu olacaqsa, Azərbaycan eyni məntiqdən çıxış edərək, Laçın dəhlizinə post qurmaq tələbini irəli sürə bilər;

"Prezidentin açıqladığı bu şərt, Bakının strateji gedişidir. Burada əsas güc rusların üzərinə düşür. Moskva İrəvanı 10 noyabr razılaşmasını icra etməyə - Zəngəzur dəhlizinin açılmasına məcbur etməlidir, ya da Azərbaycan Laçın dəhlizinə eyni məqsədlə post quracaq. Hər iki halda qazanacaq. Əliyevin bu şərti Avropadan açıqlaması da Moskvaya “üzərinizə düşəni edin” mesajıdır".

Onu da qeyd edək ki, görüşdə Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin minalardan təmizlənməsi məsələsi gündəliyə gətirilib, Avropa İttifaqının bu istiqamətdə Azərbaycana texniki yardım göstərməyə hazır olduğu bildirilib. Ermənistan-Azərbaycan dövlət sərhədinin delimitasiyası ilə bağlı hər iki tərəf müvəqqəti işçi qrupun yaradılması ilə bağlı razılığa gəliblər. Eyni zamanda, kommunikasiya və nəqliyyat xətlərinin açılması məsələsi geniş müzakirə olunub. Ermənistan tərəfi öz ərazisindən dəmir yolu xəttinin çəkilməsi ilə bağlı üzərinə düşən öhdəliyi təsdiq edib. Bildirilib ki, Ermənistan tərəfi dəmir yolunun çəkilişinə tezliklə start verəcəkdir. Burada gömrük və sərhəd nəzarət məsələlərinin qarşılıqlı prinsip əsasında təmin olunması barədə razılığa gəlinib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR