Alimlər koronavirusu məhv edən meyvəni tapdı: Nəticələr dünyaya açıqlandı

Yaponiyanın elm adamları koronavirusa qarşı təsirli olan meyvəni tapıblar.

Metbuat.az İxlas xəbər agentliyinə istinadən bildirir ki, araşdırmalara görə, tərkibində tanin maddəsinin olduğu xurma (Şərq xurması) koronavirusa qarşı təsirlidir. Bu maddə insanların koronavirusu ağır keçirməsinin qarşısını ala və ona qarşı mübarizə apara bilir.

Araşdırmanın nəticələri “Scientific Reports” nəşrində yayımlanıb. Alimlər bu maddəni sınaqdan keçirəndə müşahidə ediblər ki, koronavirus tanin maddəsi olan orqanizmə yoluxmur və ya yoluxandan sonra təsiri az olur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR