Semyon Peqov buna görə saxlanılıb: Xüsusi xidmət orqanlarının əməkdaşları onu sorğu-sual etdi

Qərəzli mövqeyi ilə seçilən rusiyalı “jurnalist” Semyon Peqov Kişinyov hava limanında saxlanılıb.

Metbuat.az xəbər verir ki, Moldova xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən nəzarətə götürülən ermənipərəst “jurnalist”in üzərində yoxlama aparılıb. Ria Novosti agentliyinin məlumatına görə, onun noutbuku, telefonu və qeydlərin olduğu digər cihazları yoxlanılıb. Peqov bir saatdan çox Moldovanın informasiya və təhlükəsizlik xidməti tərəfindən sorğu-sual olunub. Ardınca sərbəst buraxılan Peqov Moskvaya uçub.

Məlumata görə, o , Dnestryanı münaqişə barədə film çəkmək üçün Moldovaya gedib. Onun yoxlanılmasına səbəb bu çəkilişlər ola bilər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR