​“Kontakt” ölkə xaricində ilk mağazasını açdı - FOTOLAR / VİDEO

Unikal format, elektronika, məişət texnikası və ev tekstilinin ən geniş çeşidi, keyfiyyətə və qiymətə zəmanət...

Artıq Gürcüstan əhalisi də bu kimi üstünlüklərdən yararlana biləcək. Çünki Azərbaycanın ən qabaqcıl pərakəndə satış şəbəkələrindən olan “Kontakt” indi Gürcüstan bazarına daxil oldu.

Tbilisi Central ticarət mərkəzinin 2-ci mərtəbəsində yerləşən “Kontakt Home” mağazanın rəsmi açılışı bugünlərdə baş tutub. Açılış mərasimində “Kontakt”ın rəsmiləri, Samsung, Delonghi Group, Philips, Electolux, Huawei, Panasonic, Beko, Mademe Coco və digər brendlərin region üzrə təmsilçiləri, KİV-lər və yüzlərlə Tbilisi sakini iştirak edib.

Tədbir istehsalatın başlamasını simvolizə edən “Start düyməsi”nin sıxılması ilə başlayıb. “Kontakt” mağazalar şəbəkəsinin baş direktoru Həsən İsrafilzadə Gürcüstanın “İmedi TV” telekanalına müsahibəsində bunu belə izah edib:

“Biz bütün mağazalarımızı “Sevinc Fabriki” adlandırırıq. Çünki “Kontakt” brendi üçün çalışan hər kəs eyni məqsədi var: İnsanlara lazım olan, onların gündəlik həyatını asanlaşdıran məhsul və xidmətləri ən yaxşı şərtlərlə təqdim edərək onlara xoşbəxtlik bəxş etmək. Bu sevinc isə məhz bizim “Kontakt Home” mağazalarında istehsal olunur. Bu gün beynəlxalq partnyorlarımızla birgə simvolik düyməni sıxmağımız “Sevinc Fabrikimiz”in rəsmi olaraq işə başlamasına işarə edir. Şadam ki, “Kontakt – Sevindirir” konseptimizlə təkcə həmvətənlərimizi deyil, indi həm də Gürcüstan əhalisini məmnun edə biləcəyik”.

“Kontakt Home”un ənənəvi açılışlarına xas olduğu kimi, bu tədbir də musiqi, əyləncə, hədiyyəli müsabiqələr və endirimlərlə bol olub. Tədbir Tbilisi sakinləri tərəfindən də böyük maraqla qarşılanıb.

Qeyd edək ki, qısa zamanda kontakt.ge saytı və Gürcüstanın bir neçə şəhərində yeni mağazalar da istifadəyə veriləcək. Bununla nəinki Tbilisi, bütün Gürcüstan əhalisi şəbəkənin verdiyi imkanlardan yararlanmaq şansı qazanacaq.

100% Azərbaycan brendi olan “Kontakt” hazırda “Dyson”, “Electrolux”, “WAHL”, “Toshiba”, “Black&Decker”, “Samsung”, “LG”, “Bosch”, “Huawei”, “Realme”, “Sony”, “Panasonic”, “Hoffmann”, “BQ”, “Sonorous”, “Elari”, “Thomas”, “Beurer”, “Karcher”, “H Gala”, “Cassore”, “Simge” mobilya kimi 30-dan çox beynəlxalq brendin rəsmi distributoru, “Apple” brendinin rəsmi satış mərkəzidir.

Hazırda şəbəkənin Azərbaycan üzrə ümumilikdə 34 mağazası və kontakt.az onlayn mağazası fəaliyyət göstərməkdədir. Sizə ən yaxın mağazanı buradan tapa bilərsiniz.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR