Futbol üzrə Azərbaycan Premyer Liqasında XIV tura start verilib.
Metbuat.az xəbər verir ki, "Qəbələ" "Neftçi"ni qəbul edib. Qarşılaşma 1:1 hesabı ilə bitib.
Xallarının sayını 26-a çatdıran "Qəbələ" ikinci pillədə qərarlaşıb. "Neftçi" 22 xalla "Zirə" ilə birlikdə 3-4-cü yerləri bölüşdürür.
Qeyd edək ki, günün digər qarşılaşmasında "Sumqayıt" "Keşlə"ni qəbul edəcək.