Etirazçılar ABŞ və İsrail bayraqlarını yandırdırlar

Etirazçılar ABŞ və İsrail bayraqlarını yandırdırlar
09:41 30 May 2015
30 Digər
Ölkə mətbuatı
A- A+

İranın paytaxtı Tehranda nüvə proqramına dair 6-lıq ölkələri ilə aparılan danışıqlar prosesinə qarşı etiraz aksiyası baş tutub. Amerika Birləşmiş Ştatları ilə müzakirələrin əhəmiyyətsiz olduğunu bildirən fəallar hökumətin danışıqlarda həddən artıq güzəştli mövqe tutduğunu bildiriblər. Aksiya iştirakçıları danışıqlarda ölkəni təmsil edən xarici işlər naziri Məhəmməd Cavad Zirifi təndiq atəşinə tutublar.

İranda, hətta, bir sıra radikal siyasi qurumlar Zərifi ölkəyə xəyanət etməkdə ittiham ediblər. Mötədil siyasi partiyalar isə, etirazların danışıqlara ziyan vuracağından ehtiyat etdiklərini bildiriblər.

Aksiya zamanı fəallar Amerika Birləşmiş Ştatları və İsrailin bayraqlarını yandırıblar.

Sabah İsveçrənin Cenevrə şəhərində Məhəmməd Cavad Zərif amerikalı həmkarı Con Kerri ilə nüvə proqramına dair görüş keçirəcək.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=347783

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR