Səmayə Məmmədova BNA-dakı vəzifəsindən ayrıldı

Bakı Nəqliyyat Agentliyinin (BNA) PR şöbəsinə rəhbərlik edən Səmayə Məmmədova işdən çıxıb.

Metbuat.az xəbər verir ki, bu barədə özü məlumat verib.

Bildirib ki, bu gün BNA-dan rəsmən ayrılıb:

“Sevinirəm ki, mənə yad olan nəqliyyat sahəsində PR-la işin təşkilində qısa zamanda da olsa, uğurlara imza ata bildim. Bu müddət ərzində bərabər çalışdığım komandama sonsuz minnətdarlıq edirəm. Hər biriniz mənim üçün dəyərlisiniz! Bundan sonrakı fəaliyyətində BNA kollektivinə uğurlar arzulayıram”.

Qeyd edək ki, S. Məmmədova BNA-dan əvvəl Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR