"Omikron" ştamının iki qeyri-adi simptomu aşkarlandı

Cənubi Afrika Respublikasında (CAR) dominant olan koronavirusun "omikron" ştamının daha iki əlaməti aşkarlanıb.

Metbuat.az Report-a istinadən xəbər verir ki, bu barədə “The Telegraph” məlumat yayıb.

Ölkənin ən iri özəl sağlamlıq şirkəti "Discovery Health"in icraçı direktoru Ryan Noaç bildirib ki, "omikron" ştamına yoluxmuş xəstələrdə bel və boğaz ağrıları qeydə alınıb.

Noaçın sözlərinə görə, koronavirusun yeni variantı daha az təhlükəlidir.

Qeyd edək ki, yeni "SARS-CoV-2" ştamı ilk dəfə noyabrın 20-də Botsvana və Cənubi Afrika Respublikasında müəyyən edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR