Dünyanı heyrətə gətirən KƏŞF:

Marsda önəmli miqdarda su kəşf edilib.

Metbuat.az “TRThaber”ə istinadən xəbər verir ki, Avropa və Rusiya alimlərinin birgə araşdırması nəticəsində məlum olub ki, su kütləsi Marsın Mariner vadisinin mərkəzində yerləşən dərin kanyonlardan birində buz ehtiyatları şəklindədir. Buzlar səthdən 1 metr dərinlikdə yerləşir və həcmi təqribən Hollandiyanın ərazisi qədərdir.

Alimləri düşündürən isə Marsın bu hissəsində buzun necə sabit qalmasıdır. Nəzəriyyəyə görə, buz yataqları tədricən buxarlanmalı idi.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR