Ərdoğana qarşı sui-qəsd planının ŞOK TƏFƏRRÜATLARI -

Türkiyənin Siirt vilayətində Prezident Rəcəb Tayyib Ərdoğana qarşı sui-qəsd təşkil etməyi planlaşdıran PKK terrorçularının bombanı Suriyadan aldıqları məlum olub.


Metbuat.az Türkiyə mənbələrinə istinadən xəbər verir ki, bomba Ərdoğanın Siirtdə təşkil etdiyi mitinqi zamanı partladılmalı idi. Hadisəni planlaşdıran terrorçulardan birininin 2015-2016-cı illərdə Nusaybin rayonundakı xəndək hadisələrində məhv edilən PKK terrorçunun qardaşı Şeyhmus Fırat İlhan olduğu müəyyən edilib. Şeymus terror təlimatının ona Suriyadan gəldiyini etiraf edib və qardaşının qisasını almaq məqsədi ilə bunu qəbul edib. Suriyadan göndərilən partlayıcı gecə saatlarında polis məmurunun maşınının altına qoyulub. Lakin, bomba təhlükəsizlik qüvvələri tərəfindən aşkar ediləndən sonra terrorçular, partlayıcını uzaqdan işə salan cihazı dərəyə atıblar.

Qeyd edək ki, dekabrın 4-də Rəcəb Tayyib Ərdoğanın Siirtdəki mitinqinə təyin olunmuş polis məmurunun avtomobilinin altına qoyulmuş partlayıcı qurğu son anda tapılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR