İlham Əliyev yenidən Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti seçilib

Milli Olimpiya Komitəsinin (MOK) onlayn formatda VIII hesabat- seçki Baş Məclisi keçirilib.

MOK-un mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, əvvəlcə İcrayyə Komitəsinin və Təftiş Komissiyasının hesabatı dinlənilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yenidən Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti seçilib. Daha sonra İlham Əliyev, Çingiz Hüseynzadə, Fərid Qayıbov, Azər Əliyev, Zemfira Meftaxetdinova, Nazim Hüseynov, Namiq Abdullayev, Fərid Mansurov, Faiq Qarayev, Könül Nurullayeva, Mariana Vasileva və Ramil Hacı MOK-un İcrayyə Komitəsinin üzvü seçiliblər. İclasda MOK-un Təftiş Komissiyasına üzvlərinin də seçkisi baş tutub. Milli Olimpiya Komitsəinin mətbuat xidmətinin məlumatına görə, Lyudmila Şubina, Hicran Şərifov, Balakişi Qasımov, Niyaməddin Paşayev və Yaşar Bəşirov Təftiş Komissiyasına üzv seçiliblər. Milli Olimpiya Komitəsi İcraiyyə komitəsinin yeni tərkibdə ilk iclası oldu Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin (MOK) onlayn formatda VIII hesabat-seçki Baş Məclisi keçirilib. Hesabat-seçki Baş Məclisi öz işini başa çatdırdıqdan sonra Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin yeni tərkibdə ilk iclası olub. Milli Olimpiya Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, iclasda Azər Əliyev Milli Olimpiya Komitəsinin baş katibi, Çingiz Hüseynzadə, Fərid Qayıbov və Zemfira Meftaxetdinova MOK-un vitse-prezidentləri seçiliblər. Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə İcraiyyə Komitəsinin yeni seçilmiş üzvlərini təbrik edərək, onlara uğurlar arzulayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR