"Sabah" qapıçısı ilə vidalaşdı

"Sabah" qapıçsıı Saşa Stamenkoviçlə yollarını ayıracaq.

Metbuat.az paytaxt təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 36 yaşlı qapıçı müqaviləsinə vaxtından öncə xitam verilməsi üçün klub rəhbərliyinə müraciət edib.

Serbiyalı oyunçunun müraciətinə müsbət cavab verilib.

Qeyd edək ki, Saşa Stamenkoviç 2018-ci ildən paytaxt təmsilçisində çıxış edib. Bu günə kimi 67 matçda (63 oyun Azərbaycan Premyer Liqasında, 4 oyun ölkə kubokunda) şans qazanan təcrübəli qolkiper, bu sahədə klubun rekordçusudur. O, komandanın Premyer Liqaya vəsiqə qazandığı 2018/19-cu il mövsümündə 27, 2019/20-ci il mövsümündə 19, 2020/21-ci il mövsümündə 18, cari mövsümdə isə 3 matçda meydana çıxıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR