Zelenski çağırış etdi: Sanksiya tətbiq etmək üçün müharibəni gözləmək lazım deyil

“Avropa Birliyi Rusiyaya qarşı tezliklə sanksiyalar tətbiq etməlidir.

Bunun üçün Rusiyanın mümkün hücumunu gözləmək lazım deyil”. Metbuat.az xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski belə açıqlama verib. O bildirib ki, gərginliyi azaltmaq üçün Kiyev Moskva ilə danışıqlara hazırdır. Zelenskinin sözlərinə görə, indiyə qədər rusiyalı həmkarı Vladimir Putin dialoq qurmaq üçün istəkli olduğunu nümayiş etdirməyib.

“Bizim üçün sanksiyaların qarşıdurmanın başlamasından sonra deyil, əvvəl tətbiq edilməsi önəmlidir” - deyə Zelenski bəyan edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR