Çavuşoğlu: İstanbul-İrəvan reysi açılır

“İstanbul ilə İrəvan arasında təyyarə reyslərinin açılması üçün Türkiyə və Ermənistan hava yolları şirkətlərinin müraciətlərinə baxılır”.

Metbuat.az xəbər verir ki, Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu belə açıqlama verib. O bildirib ki, Türkiyə tərəfinin nəqliyyat əlaqəsinin bərpasına münasibəti müsbətdir. Yaxın günlərdə hansı şirkətlərin bu marşrutla uçacağı dəqiqləşəcək. Çavuşoğlu qeyd edib ki, 44 günlük müharibədən sonra Türkiyə və Azərbaycan Ermənistanla bağlı müsbət mesajlar verib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR