Bakıda vətəndaş öz həyətində quyuya düşdü

Bakıda vətəndaş öz həyətində quyuya düşdü
09:48 30 May 2015
55 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 30 may /Trend/

Bakıda vətəndaş öz həyətində quyuya düşüb.

Trend Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Nazirliyini “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Suraxanı rayonunda 1 nəfər vətəndaşa köməyə ehtiyacı var.

FHN-nin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər tərəfindən hadisə yerinə baxış keçirilərkən məlum olub ki, vətəndaşa məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən əlavə tikilinin döşəməsinin çökməsi nəticəsində əmələ gəlmiş diametri təxminən 3-4 metr, dərinliyi təxminən 3 metr olan quyuya düşmüş və aldığı xəsarət nəticəsində düşdüyü quyudan çıxmaq iqtidarında olmayıb.

Xilasedicilər vətəndaşı dağıntılar arasından çıxarıb və hadisə yerinə çağrılmış Təcili tibbi yardım stansiyasının əməkdaşlarına təhvil veriblər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/incident/2400557.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR