Bu gün bəzi məktəblərdə "Son zəng"dir

Bu gün bəzi məktəblərdə "Son zəng"dir
08:51 30 May 2015
167 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün Azərbaycanın bəzi məktəblərində “Son zəng” keçirilir. ANS PRESS-in məlumatına görə, bu gün isə tədris həftəsi 6 günlük olan məktəblərin məzunları üçün “Son zəng” çalınır.

Tədris həftəsi 5 günlük olan məktəblərin məzunları üçün "Son zəng" tədbirləri ötən gün keçirilib.

Təhsil Nazirliyindən bildirdilər ki, hər il olduğu kimi bu ildə son zəng ancaq məktəblərdə qeyd olunacaq. “Son zəng” iki gün - mayın 29-u və 30-da qeyd edilir.

Ümumilikdə 2014-2015-ci tədris ilində Azərbaycanın ümumi təhsil müəssisələrinin IX siniflərini 111 839, XI siniflərini 90 557, qiyabi və axşam məktəblərinin XII siniflərini isə 820 şagird bitirəcək. Ötən tədris ilində respublikanın ümumi təhsil müəssisələrinin IX siniflərindən 118 206, XI siniflərindən 86 797, qiyabi və axşam məktəblərinin XII siniflərindən isə 754 şagird məzun olub.

Paytaxtın orta məktəblərində təşkil ediləcək “Son zəng” tədbirləri ilə əlaqədar yol polisi 29-u və 30-u may tarixlərində gücləndirilmiş iş rejiminə keçib.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=111&nid=347797

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR