NATO 2022-ci il üçün mülki büdcəsinin 289 milyon 100 min avro, hərbi büdcəsinin isə 1 milyard 560 milyon avro olacağını açıqlayıb.
Metbuat.az xəbər verir ki, bu barədə NATO açıqlama yayıb.
Bildirilib ki, mülki büdcə NATO-nun kibertəhdidlərə adaptasiyası səbəbindən 2021-ci illə müqayisədə, 8,9 faiz artırılıb. Hərbi büdcə isə keçən illə müqayisədə 3 faiz azaldılıb.
NATO Təhlükəsizlik İnvestisiya Proqramı (NSIP) isə 2022-ci il üçün 790 milyon avro olacaq.