Polis dilənçinin üzərini yoxlayanda heyrətə gəldi: Cibindən 12 min çıxdı -

Türkiyənin Düzcə vilayətində polis Bəkir adlı dilənçini saxlayıb.

Metbuat.az xəbər verir ki, dilənçinin üzərində axtarışlar aparan polis heyrətə gəlib. Asayiş keşikçisinin sözlərinə görə, dilənçinin üzərindən 12 min lirə pul çıxıb. Polis məmuru bildirib ki, ilk dəfədir dilənçinin üzərində bu qədər çox miqdarda pul aşkar edib.

Polis dilənçilərlə bağlı vətəndaşlara müraciət edib. Bildirilib ki, dilənçilərin heç də hamısı ehtiyac üçün dilənmir. Bəzi dilənçilər buna peşə kimi yanaşır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR