General-mayor Mübariz Rzayev vəzifəsindən

Azərbaycan Ordusunun Üçüncü Ordu Korpusnun komandanı general-mayor Mübariz Rzayev vəzifəsindən azad olunub.

Metbuat.az Report-a istinadən xəbər verir ki, general-mayor öz istəyi ilə ordu sıralarından ehtiyyata buraxılıb.

Qeyd edək ki, M.Rzayev 1968-ci il mayın 20-də Lənkəran şəhərində anadan olub. O, Vətən müharibəsinin komandanlarından biri olub, Cəbrayıl, Xocavənd, Zəngilan və Qubadlı rayonunlarının işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarında iştirak edib.

M.Rzayev 44 günlük Vətən müharibəsində şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Zəngilanın azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib.

O, 2021-ci il martında Azərbaycan Ordusunun Üçüncü Ordu Korpusnun komandanı təyin olunmuşdu.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR