Ərdoğan qarşısıalınmaz gücə çevirilir: Türk PUA-ları çörək kimi satılır -

Fransanın “Capital” nəşri Türkiyənin hərbi qüdrətinin və nüfuzunun sürətlə artması barədə məqalə yayımlayıb.

Metbuat.az xəbər verir ki, məqalədə Türkiyənin dron sahəsində əldə etdiyi uğurlardan, prezident Rəcəb Tayyib Ərdoğanın Afrika qitəsində nüfuzunun sürətlə artmasından, regionda qazandığı diplomatik və hərbi uğurlarından bəhs edilir. Müəllif qeyd edib ki, ötən il Azərbaycan və Ermənistan arasında baş verən münaqişə zamanı türk PUA-ları Bakıya uğurla yardım edib. Müəllifə görə, Türkiyə iqtisadi həmlələrindən sonra indi Afrikada hərbi müdafiə sahəsində mövqe qazanmaq istəyir və bu mənada PUA-larına güvənir.

Türk PUA-larının çörək kimi satıldığını qeyd edən müəllif, Mərakeşin, Tunisin Türkiyədən dronlar aldığını və daha bir neçə ölkənin belə planı olduğunu vurğulayıb. Məqalədə Ərdoğanın Efiopiya, Anqola, Nigeriya və Toqo səfərlərindən bəhs edilərkən, türk liderin Afrika turundan qayıdarkən dediyi “Afrikaya getdiyim hər yerdə PUA-lardan danışılır” fikirləri oxucuların diqqətinə çatdırıb. Müəllifin sözlərinə görə, Türkiyə dron satışından başqa digər hərbi texnika bazarında nüfuzunu artımaq üzrədir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR