İsmayıllı sakini maşın sürmək istədiyi üçün başqasının avtomobilini qaçırıb

İsmayıllı Rayon Polis Şöbəsinə müraciət edən vətəndaş ona məxsus “VAZ-2106” markalı avtomobilin naməlum şəxs tərəfindən qaçırıldığını bildirib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Metbuat.az-a verilən məlumata görə, daxil olan müraciətlə əlaqədar polis əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı həmin nəqliyyat vasitəsi Qəbələ rayonu ərazisində tərk edilmiş vəziyyətdə aşkarlanıb.

Davam etdirilən tədbirlərlə avtomobili qaçıran şəxsin İsmayıllı rayonu Qalacıq kənd sakini, əvvəllər də eyni əmələ görə məhkum olunmuş Əziz Şıxıyev olduğu müəyyən edilib və o, tutularaq istintaqa təhvil verilib.

Saxlanılan şəxs ifadəsində avtomobil sürmək istədiyi üçün nəqliyyat vasitəsini qaçırdığını bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR