DİN hüquqşünas axtarır

Respublikanın şəhər, rayon polis orqanlarında (Naxçıvan Muxtar Respublikası, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu istisna olmaqla) xidmətə qəbulla əlaqədar müsabiqə keçirilir.

Bu barədə Metbuat.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Vakant olan vəzifələrin komplektləşdirilməsi ilə əlaqədar keçirilən müsabiqədə Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrində hüquqşünas ixtisası üzrə təhsil alan, yaşı 28-dək olan, həqiqi hərbi xidmət müddətini tam başa vuran, əvvəllər özü və yaxın qohumları məhkum olunmamış kişi cinsli vətəndaşlar iştirak edə bilərlər.

Müsabiqədə iştirak etmək istəyən şəxslər http://www.mia.gov.az ünvanında yerləşdirilmiş elektron ərizə formasını və qısa anket məlumatlarını şəxsən dolduraraq elektron poçt vasitəsi ilə bki@mia.gov.az ünvanına göndərməlidirlər.

Müsabiqədə iştirak etmək arzusunda olan namizədlər aşağıdakı sənədləri şəxsən təqdim etməlidirlər:

- şəxsiyyət vəsiqəsi;
- ali təhsil haqqında diplom;
- hərbi bilet;
- əmək kitabçası (olanlar üçün);

Əlavə məlumat almaq üçün əlaqə telefonları:
(012) 590-93-51; (012)-590-97-42; (012) 590-92-37;
(012) 590-92-21; (012) 590-93-64; (012) 590-95-23.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR