“Paşinyan Ərdoğanın bütün şərtlərini qəbul edib, üstəgəl...” -

“Ermənistan rəhbərliyi Türkiyə ilə münasibətləri normallaşdırmaq üçün Ankaranın irəli sürdüyü bütün şərtləri qəbul edib”.

Metbuat.az xəbər verir ki, bunu Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəisi, general Artur Vanetsyan deyib.

General Baş nazir Nikol Paşinyanın gürcü həmkarı vasitəsilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana barışıq təklifi çatdırmasını da xatırladıb:

“Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesin başlanmasının təzahürlərinin şahidi oluruq. Tərəflər sanki bir-biri ilə heç bir əlaqəsi yoxmuş kimi (Ermənistan hakimiyyəti Türkiyə ilə hər hansı bir prosesin olduğunu həmişə təkzib edirdi) müsbət siqnalların olduğunu deyirdilər. Sonra məlum oldu ki, onlar (Paşinyan) hətta Gürcüstan baş nazirindən Türkiyə prezidenti ilə görüş təşkil etməyi xahiş ediblər, bunu Türkiyə prezidenti ictimaiyyətə açıqlayıb. Rusiya Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasına vasitəçilik etməyi təklif edib.

Artıq bu gün məlum olur ki, münasibətləri normallaşdırmaq üçün Ermənistan və Türkiyədən nümayəndələr təyin olunacaq. Bu proses heç bir vasitəçi olmadan ikitərəfli aparılacaq, yoxsa vasitəçi ilə? Rusiyanın vasitəçiliyi qüvvədədirmi, onun hazırkı proseslə əlaqəsi varmı? Bunlar bu gün cavabı olmayan suallardır, sadəcə xüsusi nümayəndələrin təyinatı ilə bağlı açıqlamalar var”.

Artur Vanetsyan Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasının tərəfdarı olduğunu bildirib. Amma onun sözlərinə görə, indiki məqamda münasibətlər daha çox Ankaranın şərtləri nəzərə alınaraq qaydasına salınacaq.

Vanetsyanın iddiasına görə, bununla bağlı başlayan prosesdə geri addım atan tərəf Ermənistandır:

“Türkiyə Ermənistan üçün qoyulan ilkin şərtləri siyasi gündəmindən çıxarıbmı? Məndə aydın təəssürat yaranıb ki, nəinki aradan qaldırılmayıb, hətta yeni şərtlər irəli sürülüb. Bunun bariz nümunələrindən biri Türkiyənin “Zəngəzur dəhlizi” adlanan layihə ilə bağlı davranışıdır. Türkiyə bu məsələdə fərqli tələblər irəli sürür”.

Vanetsyan Ermənistan rəhbərliyinin Türkiyənin bu və digər məsələlərlə bağlı bütün şərtlərini qəbul etdiyini deyib. / teleqraf.com


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR