Peskov Putinlə Ərdoğan arasındakı münasibətlərdən danışdı

Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov dövlət başçısı ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasındakı münasbətlərdən danışıb.

Metbuat.az xəbər verir ki, o, bildirib ki, Putinlə Ərdoğanın dostluq münasibətləri saxlayır.

“Putinlə Ərdoğanın dostluq münasibətləri var. Məhz bu, ən çətin məsələlərdə belə dialoqa gəlib razılaşmağa imkan verir”,- deyə Rusiya prezidentinin sözçüsü qeyd edib.

O, vurğulayıb ki, Rusiya və Türkiyənin iqtisadi sahədəki qarşılıqlı fəaliyyətinin səviyəsi siyasi münasibətlər üçün sığorta rolunu oynayır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR