Bayramda bu ailələrə "yardım qutusu" verilsin -

Rusiya Dövlət Dumasının Ailə, Qadın və Uşaq Komitəsinin sədr müavini Vitali Milonov maraqlı bir ideya irəli sürüb. O yeni il tətilləri zamanı maddi sıxıntılar yaşayan rusiyalı ailələr üçün “Yeni il sosial səbəti”nin yaradılması təklifi ilə çıxış edib.

Metbuat.az xəbər verir ki, bu barədə "Lenta.ru" saytı yazıb. Müraciətdə deyilir ki, belə bir tədbir ailə və uşaq institutunun dəstəklənməsi siyasətini daha effektiv şəkildə həyata keçirməyə imkan verəcək. Deputat izah edib ki, dövlət aztəminatlı ailələrə Yeni il və ya Milad bayramlarını qeyd etmək üçün minimum məbləğ olan qutu verə bilər, məsələn, ev bəzəkləri, uşaqlar üçün şirniyyatlar, və s, bu qutuya daxil edilə bilər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR