Prezidentin arvadı öldü, camaat küçələrdə bayram etdi - FOTOLAR

Çilidə general Auqusto Pinoçetin həyat yoldaşı Lucia Hiriart 98 yaşında vəfat edib.

Metbuat.az xəbər verir ki, Hiriartın ölümündən bir neçə dəqiqə sonra çilililər bayram etmək üçün küçələrə çıxıblar. Hiriartın əri 1973-cü ildən hakimiyyətə gələrək prezident olduğu xunta dövründə qrantlar hesabına çoxlu sayda dövlət torpaqlarını ələ keçirmiş və xunta administrasiyası başa çatdıqdan sonra əlində böyük gəlirlər toplamışdı.Çili Ali Məhkəməsi Hiriart və ailəsinə qarşı iddiaları ləğv etsə də, eyni zamanda ailəyə məxsus 20 mülk və 1,6 milyon dollarlıq varidatı müsadirə edib. Qeyd edək ki, Pinoçet 2006-cı ildə 91 yaşında vəfat edib. Onun həyat yoldaşı 98 yaşında dünyasını dəyişən Hiriartın bir müddət əvvəl tənəffüs sistemi xəstəliklərindən müalicə aldığı məlum olub.





Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR