İmişlidə evə basqın edənlər ana və qızını bıçaqla hədələyib

İmişlidə quldurluq hadisəsi olub.

Metbuat.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, İmişli Rayon Polis Şöbəsinə dekabrın 17-də saat 05 radələrində şəhər ərazisində yaşayan S.Məmmədovanın evinə girən qonşusunun onu və anasını bıçaqla hədələyərək 170 manat pulunu alması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən E.Qasımov saxlanılıb.

Araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR