Avropa liderləri Blatterə qarşıdır

Avropa liderləri Blatterə qarşıdır
10:26 30 May 2015
46 İdman
Ölkə mətbuatı
A- A+

"FİFA prezidenti Cozef Blatter istefa verməlidir və bu, nə qədər tez olsa, bir o qədər yaxşıdır."

ANS PRESS-in məlumatına görə, bunu Böyük Britaniyanın baş naziri Devid Kameron bildirib.

O, Berlində Almaniya kansleri Angela Merkel ilə görüşdə söyləyib ki, Blatterin 7 FİFA rəsmisinin həbsi fonunda bu təşkilatı təmizləyəcəyini düşünmək mənasızdır: "Səmimi desək, biz bu gözəl oyunun eybəcər tərəfini gördük."

A.Merkel deyib ki, hansı namizədin qalib gəlməsindən aşlı olmayaraq, FİFA-da yaranmış qalmaqal həll olunmalı və bu təşkilat korrupsiyadan uzaq olmalıdır.

Xatırladaq ki, FİFA-nın Sürixdə keçirilən toplantısında C.Blatter təşkilata yenidən prezident seçilib.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=347807

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR