İmişlidə evə basqın olub

İmişlidə qonşusunun evinə girərək onları bıçaqla hədələməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Metbuat.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, İmişli Rayon Polis Şöbəsinə dekabrın 17-də saat 5 radələrində şəhər ərazisində yaşayan S.Məmmədovanın evinə girmiş qonşusunun onu və anasını bıçaqla hədələyərək 170 manat pulunu alması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən E.Qasımov saxlanılıb.

Araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR