Minik avtomobili yük maşınına çırpılıb, xəsarət alanlar var

Goranboy rayon Abbasqullular kəndində 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Metbuat.az "report"a istinadən xəbər verir ki, "VAZ" markalı avtomobilin yük maşınına çırpılması nəticəsində, minik maşınında olan, 1990-cı il təvəllüdlü Kərimova Rəqsanə, 1988-ci il təvəllüdlü Kərimov Fəxri və 1959-cü il təvəllüdlü Tahirə Babayeva müxtəlif bədən xəsarətləri alıblar.

Onlardan F.Kərimov Goranboy rayon Mərkəzi Xəstəxanasına, digərləri isə Gəncə şəhərində yerləşən xəstəxanaların birinə yerləşdirilib.

Faktla bağlı araşdırmalara başlanılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR