İrəvan aeroportunda bomba həyəcanı

Ermənistan Fövqəladə Hallar Nazirliyinə İrəvanın "Zvartnots" beynəlxalq hava limanında partlayıcı qurğunun olması barədə məlumat daxil olub.

Metbuat.az bildirir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Hadisə yerinə yanğınsöndürənlər, kinoloqlar, istehkamçılar, psixoloqlar və xüsusi xilasetmə dəstələri cəlb edilib.

Cihazın axtarışı davam edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR