Qarsda avtobus aşdı -

Türkiyədə Qars-Ərzurum avtomobil yolunda sərnişin avtobusunun aşması nəticəsində üç nəfər ölüb, üçü ağır olmaqla, 10 nəfər yaralanıb.

Metbuat.az xəbər verir ki, İğdır-Ankara ekspedisiyasını həyata keçirən sərnişin avtobusu güclü qar və duman olan Qars-Ərzurum avtomobil yolunun Mescitli kəndi ərazisində aşıb.

Hadisə yerinə çoxlu sayda AFAD, jandarma, təcili yarım və xilasedicilər cəlb edilib.

Qars valisi Türker Öksüz qəzadan dərhal sonra bütün qrupların bölgəyə yönəldildiyini bildirib.

Yaralılara hadisə yerində ilkin tibbi yardım göstərildikdən sonra ətrafdakı xəstəxanalara çatdırılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR