Azərbaycanlı aktyor DÜNYASINI DƏYİŞDİ -

Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti, aktyor, rejissor Vüsal Rzayev (Səmavi) vəfat edib.

Metbuat.az xəbər verir ki, u barədə teatrının direktor müavini Səməd Canbaxşıyev sosial media hesabında məlumat yayıb.

Onun sözlərinə görə, aktyor bu gün dünyasını dəyişib.

Qeyd edək ki, Vüsal Rzayev 1968-ci ildə fevralın 2-də Naxçıvanda anadan olub. 1999-cu ildən aktyor kimi fəaliyyət göstərən Vüsal Rzayev Naxçıvan Dövlət Musiqili Dram Teatrında bir çox tamaşalarda rol alıb. O, həmçinin, C. Məmmədquluzadənin hekayələri və "Ər" pyesi əsasında hazırlanan "Pirverdinin xoruzu" , "Göz ağrısı" və "Eşq bəlası" bədii televiziya filmlərinin ssenari müəllifi və quruluşçu rejissoru olub.

Azərbaycanlı aktyor DÜNYASINI DƏYİŞDİ - FOTOLARAzərbaycanlı aktyor DÜNYASINI DƏYİŞDİ - FOTOLAR

Azərbaycanlı aktyor DÜNYASINI DƏYİŞDİ - FOTOLAR

Azərbaycanlı aktyor DÜNYASINI DƏYİŞDİ - FOTOLAR


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR