Sərxoş halda siqaret çəkərkən yanıb öldü

Gəncədə yanğın hadisəsi baş verib.

Metbuat.az xəbər verir ki, nəticədə Gəncə şəhər sakini, 1974-cü il təvəllüdlü Abbas Həsənov müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.

Belə ki, o, sərxoş vəziyyətdə çarpayıda uzanaraq siqaret çəkərkən döşək yanıb. Daha sonra yanğın genişlənərək, onun ağır xəsarət alması ilə nəticələnib.

A.Həsənov xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR