“Omicron” Ukraynaya da çatdı

Ukraynada COVID-19-un “Omicron” ştamına ilk yoluxma qeydə alınıb.

Metbuat.az xəbər verir ki, bu barədə Ukraynanın səhiyyə naziri Viktor Lyaşko məlumat yayıb.

Nazir bildirib ki, “Omicron” ştamına yoluxmuş şəxs Birləşmiş Ərəb Əmirliklərindən Ukraynaya qayıdıb.

Qeyd edək ki, ölkədə son 24 saatda 7 min 503 nəfərə yoluxma faktı aşkar edilib, 288 nəfər virusa görə həyatını itirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR