Azərbaycanlılar Türkiyədə qəzaya düşdü - Ölənlər var

Türkiyədə baş verən avtobus qəzasında iki azərbaycanlı həlak olub.

Metbuat.az xəbər verir ki, hadisə Qars-Ərzurum yolunda qeydə alınıb.

Belə ki, Iğdır-Ankara marşrutu ilə hərəkət edən avtobus Qars-Ərzurum yolunun Sarıqamış rayonu ərazisində qar yağması səbəbiylə aşıb.

Qəza nəticəsində avtobusda olan iki azərbaycanlı - 19 yaşlı Qəmər Niyazova və 60 yaşlı Fazilə İsmayılova, o cümlədən Türkiyə vətəndaşları Emre Özşimşek və Kadir Kurt həlak olub, 25 nəfər isə yaralanıb.

Yaralılar xəstəxanaya çatdırılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR