Göyçay sakinindən qanunsuz saxladığı silah götürülüb

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları qanunsuz saxlanılan odlu silah-sursatın aşkarlanaraq götürülməsi istiqamətində növbəti əməliyyat tədbiri keçirib.

DİN-in Mətbuat Xidmətindən Metbuat.az-a verilən məlumata görə, keçirilən tədbir zamanı rayonun Potu kənd sakini Rövşən Məmmədovdan müvafiq sənədləri olmayan “TOZ” markalı ov tüfəngi götürülüb.

Onun barəsində toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR