Bakıda ağır qəza: ölən var

Bakıda ağır qəza: ölən var
09:01 19 Yanvar 2015
108 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı-Şamaxı avtomobil yolunun 16-cı kilometrliyində ölümlə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib.

ANS PRESS-in FHN mətbuat mərkəzinə istinadən verdiyi məlumata görə, qəza zamanı "MERCEDES" və "NİVA" markalı minik avtomobilləri toqquşub.

Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, "NİVA" markalı minik avtomobilinin sürücüsü aldığı ağır bədən xəsarətlərindən hadisə yerində vəfat edib.

Xilasedicilər deformasiya uğramış avtomobildən sıxılmış vəziyyətdə qalmış meyiti çıxarıb və aidiyyətı üzrə təhvil veriblər. Əməliyyat saat 07:44-də başa çatıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR